Əlaqə

1058/34 Moskva pr-ti.,
Bakı AZ1078, Azərbaycan

Email: madad@madad.net
Tel: +99412-530-82-95

Xəritə
  • İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası Layihəsi

    Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinin növbəti mərhələsinə start vermişdir...

    Ətraflı
  • Təhsil Nazirliyi, Microsoft, British Council və Mədəd Azərbaycan birgə layihə üçün əməkdaşlıq anlaşması imzaladı

    AR Təhsil Nazirliyi, Mədəd Azərbaycan, Microsoft və British Council "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi...

    Ətraflı
  • "eTwinning Plus" layihəsinin icrasına həsr olunan tədbir keçirilib

    Oktyabrın 24 Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində "eTwinning Plus" layihəsinin Azərbaycanda icrası ilə bağlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və "Mədəd Azərbaycan" təşkilatının nümayəndələri, layihəyə qoşulan məktəblərin direktorları və media nümayəndələri iştirak ediblər.

    Ətraflı
  • Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

    16-17 aprel 2013-cü il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində IV İKT Sammiti keçirilmişdir. Tədbir Moldova Respublikasının İnformasiya və komunikasiya texnologiyaları nazirliyi və Təhsil nazirliyi...

    Ətraflı
  • Azərbaycanın səhiyyə işçiləri üçün informasiya texnologiyaları üzrə təlimlər təşkil edilib

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında "Səhiyyə Sektorunda İslahatlar Layihəsi" (SSİL) və Dünya Bankının dəstəyi ilə Mədəd Azərbaycan təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki

    Ətraflı
  • Şəhər və rayonların yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlərə start verildi

    Ətraflı
  • "Mədəd Azərbaycan" İnformasiya Sistemlərinin istismarı üzrə təlimlər keçmişdir

    "Mədəd Azərbaycan" təşkilatı 10-14 dekabr 2012-ci il tarixlərində Bakıda Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində dövlət qurumlarında...

    Ətraflı
  • Mədəd Azərbaycanda İKT-nin təhsildə tətbiqi sahəsindəki nailiyyətlərini 5-ci Beynəlxalq Intel® Korporasiyası Konfransında təqdim etmişdir

    MDB ölkələrindən olan 100-dən artıq təhsil sahəsi üzrə mütəxəssis 28-29 noyabr tarixlərində Moskvada mövcud təhsil problemlərinə...

    Ətraflı
  • Mədəd Azərbaycanda Yeni Dövlət Kurikulumunun İcrasını Dəstəkləyən Ümummilli Təşəbbüsə Töhfə Verməkdə

    2012-ci ilin iyul ayında Mədəd Azərbaycan təşkilatı 5-ci siniflərdə dərs deyəcək fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumuna...

    Ətraflı
  • "Mədəd Azərbaycan" təhsil təcrübəsini Özbəkistanla bölüşür

    25-27 yanvar 2012-ci il tarixində "Mədəd Azərbaycan" nümayəndələri Özbəkistanın Daşkənd şəhərində təhsildə İKT-nın inteqrasiyası üzrə ən yaxşı beynəlxalq təcrübələrin mübadiləsinə həsr olunmuş konfransda iştirak etmişlər...

    Ətraflı
  • "Mədəd Azərbaycan" BakuTel 2011 sərgisində təmsil olunub

    23-26 noyabr 2011-ci il tarixində "Mədəd Azərbaycan" Bakı Expo Mərkəzində təşkil olunan 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (BakuTel) iştirak etmişdir...

    Ətraflı

English version

Xəbərlər

  • May 8, 2015/ətraflı
    “eTwinning” layihəsinin 10-illiyi
    münasibəti ilə Bakı məktəbləri
    tədbirlər silsiləsi keçirib
  • Aprel 23, 2015/ətraflı
    “MADAD"in heyəti 328 saylı tam orta
    məktəbdə açıq dərsdə iştirak etdi
  • Noyabr 19, 2014/ətraflı
    21-23 noyabr 2014-cü il tarixlərində
    Bakıda “eTwinning Plus” layihəsi üzrə
    əlaqələndirici seminar keçiriləcək
  • Oktyabr 27, 2014/ətraflı
    eTwinning Plus Layihəsi üçün
    müəllim və məktəblərin qeydiyyatı
  • Oktyabr 13, 2014/ətraflı
    2014/2015-ci tədris ilində ibtidai
    təhsildə dərs deyəcək müəllimlər
    üçün yeni İbtidai Təhsil Kurikulumu
    üzrə Mentorluq Dəstəyi layihəsi
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    Çıxışlar Üçün Ərizə Qəbulu Elanı
  • İyul 22, 2014/ətraflı
    Təhsil üzrə Gənc Liderlər üçün
    Yay Məktəbi təşkil olunacaq -
    İştirakçı Seçimi Üçün Elan
  • xəbər arxivi


Loading Search

İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası Layihəsi

Layihə haqqında ümumi məlumat
Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası" layihəsinə start vermişdir.

Layihə çərçivəsində seçiləcək 300 nəfərə qədər ingilis dili müəlliminin pedaqoji bilikləri və təhsildə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq və beynəlxalq sertifikasiya həyata keçiriləcək. Layihənin nəticəsində müəllimlərin motivasiya strategiyasında layihənin fəaliyyət və mexanizmlərinin inteqrasiyası müzakirə ediləcək. Layihənin ilk mərhələsində iştirak üçün 100 nəfər ingilis dili müəllimi seçiləcək.

Layihə tərəfdaşları haqqında məlumat
Təhsil Nazirliyi layihənin pilot tətbiqi mərhələsində strateji dəstək göstərəcək. Microsoft korporasiyası layihə iştirakçılarını Microsoft "Texnologiyalarla Tədris" ("Teach with Technology") məzmununu və qiymətləndirmə alətlərini, müəllim sertifikatlaşmasına dair müvafiq məlumatla təmin edəcək və müəllimlərin onlayn əməkdaşlığı üçün onlayn mühitinin yaradılmasına dəstək göstərəcək. British Council Cambridge ESOL "Tədris Bilik və Bacarıqları üzrə İmtahan"ına ("Teaching Essentials Test") hazırlıq və müvafiq sertifikasiya alətlərindən istifadəni təmin edəcək. Mədəd Azərbaycan bu layihədə əsas icraçı təşkilat kimi çıxış edəcək. Layihə çərçivəsində nəzərdə tutulan bütün təlimlər Mədəd Azərbaycan təşkilatı tərəfindən keçiriləcək. Təşkilat həmçinin layihə iştirakçılarını onlayn ünsiyyət və əməkdaşlıq alətlərinə çıxışla təmin edəcək, sertifikasiyanın koordinasiya və idarə olunmasını dəstəkləyəcək.

Layihədə kim iştirak edə bilər?
- Orta məktəb ingilis dili müəllimləri
- Ali məktəb inglis dili müəllimləri
- Pedaqoji kollec inglis dili müəllimləri
- Magistratura pilləsində inglis dilin tədrisi üzrə ixtisaslanan tələbələr

Layihəyə necə qoşulmaq olar?
Layihədə iştirak etmək istəyənlər www.madad.az veb səhifəsinə daxil olub, "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası" bölməsindəki ərizə formasını doldurmalıdırlar. Ərizə forması ya onlayn, ya da MS Word formatında doldurulub, 31 Yanvar 2014-cü il tarixindən gec olmayaraq ecbs@madad.net ünvanına göndərilməlidir. Qəbul olunan bütün ərizə formalarına baxılacaq və seçim kriteriyalarına cavab verən müəllimlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə layihədə əməkdaşlıq edən dörd təşkilatının nümayəndələri tərəfindən aparılacaq və bu mərhələdə uğurlu olan namizədlər layihənin iştirakçısı seçiləcək.

İştirakçıların seçim meyarları
Namizədlər aşağıdakı ümumi seçim meyarları üzrə qiymətləndiriləcəkdir:
- Pedaqoji təcrübə və müxtəlif metodologiyalardan təcrübi istifadə bacarıqları
- İngilis dili fənni üzrə kurikulum biliyi
- Müxtəlif qiymətləndirmə metodları ilə tanışlıq və təcrübəv - İKT savadlılığı
- İKT-nin təhsildə tətbiqi üzrə bilik və bacarıqlar
- Tədris prosesinin idarəedilməsi üzrə bilik və bacarıqlar
- Peşəkarlıq səviyyəsinin artırılması üzrə şəxsi fəaliyyət planı
- Layihə-əsaslı tədris yanaşması ilə tanışlıq və istifadə təcrübəsi
- Müxtəlif təhsil şəbəkələrində və beynəlxalq layihələrdə iştirak

Layihənin mərhələləri
Seçim turlarından uğurla keçən namizədlər layihə iştirakçıları kimi aşağıdakı təlimlərə cəlb olunacaqlar:
- Mədəd – Intel ® "Gələcək üçün təhsil" təlimi
- British Council Cambridge ESOL "Tədris Bilik və Bacarıqları" təlimi
- Microsoft "Texnologiyalarla Tədris" təlimi

Təlimlər qarışıq (onlayn və üz-üzə) formatda 2014-cü ilin fevral-may ayları ərzində keçiriləcək. Hər təlimin əvvəlində iştirakçıların hazırlıq səviyyəsi təyin olunacaq və fərdi inkişaf proqramı hazırlanacaq. Təlimlərin sonunda iştirakçılar 3 sertifikasiya imtahanında iştirak edərək, müvafiq sertifikasiya ilə təmin olunacaq. Sertifikasiya imtahanları müstəqil qurumlar tərəfindən həyata keçiriləcək və nəticədə uğurlu iştirakçılar beynəlxalq səviyyəli sertifikasiya ilə təmin olunacaqlar.

Əlavə məlumat üçün Mədəd Azərbaycan təşkilatına aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərsiniz:
Ünvan: 1058/34 Moskva prospekti (keçmiş Tbilisi prospekti)
Bakı AZ1078, Azərbaycan
Telefon: +994 (12) 530 8295
Veb səhifə: www.madad.net
E-poçt: ecbs@madad.net
Əlaqələndirici şəxslər: Xuraman Məmmədova və İradə Hüseynova

Ərizə forması (online) Ərizə forması (doc)


Press reliz


Paylaşın:



Denni Yanq

 "İKT-nin təhsildə tətbiqinin nə dərəcədə önəmli olduğunun biz gündəlik olaraq şahidi oluruq. Valideynin övladı haqqında necə həvəslə dərs çalışdığı, müəllimin şagirdlərinin dərsi necə maraqla dinlədiyini eşidəndə bilirsən ki, sən öz əməyinlə fərq yaradırsan."
 
Ayın sitatı
Tərəfdaşlar