eTwinning Plus Azərbaycan

eTwinning nədir?
eTwinning Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. 2005-ci ildə yarandığı ilk dövrdən başlayaraq eTwinning icmasına üzv olanların sayı getdikcə artmış və 200000 nəfərəə çatmışdır.


eTwinning Plus nədir?

eTwinning Plus Avropaya qonşu ölkələr üçün eTwinning portalının genişlənməsidir. Avropa qonşuluq siyasəti 2004-cü ildə Avropa İttifaqı ölkələri ilə ən yaxın qonşu ölkələr arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsi məqsədilə işlənib-hazırlanmışdır. Ötən illər ərzində eTwinning layihəsi göstərdi ki, məktəblərlə müəllimlər arasında qurulan yeni əlaqələr onlara müstəsna faydalar verir, təhsilin cəmiyyətimizin başlıca struktur elementi kimi mövqeyi daha da möhkəmlənir. Avropaya qonşu ölkələrdə yaşayan insanlarla əlaqələr isə mədəniyyətlərarası qarşılıqlı anlayışa və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə kömək edəcək.

Layihədə hansı ölkələr iştirak edir?

eTwinning Plus pilot layihəsində altı Avropaya qonşu ölkə iştirak edir: Şərq tərəfdaşlığına daxil olan Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Avropa-Aralıq Dənizi Əməkdaşlığına (EUROMED) daxil olan Tunis.

eTwinning Plus portalında qeydiyyatdan keçən məktəblərə öz ölkələrində nə kimi dəstək göstəriləcək? eTwinning Plus Proqramının üzv ölkələri "Tərəfdaşa Dəstək Agentliyi" xidmətini təsis ediblər. Bu agentliyin vəzifələrinə layihədə iştirak etmək üçün seçilmiş məktəbə və müəllimlərə köməklik göstərmək, təlimlər keçirmək daxildir. Azərbaycanda "Tərəfdaşa Dəstək Agentliyi" rolunu Mədəd Azərbaycan təşkilatı həyata keçirir.

Layihədə necə iştirak etmək olar?

Layihəyə müəllim və məktəb qoşulur. Qoşulmaq üçün səhifəmizin sağ tərəfində yerləşən müəllim və məktəb üçün ərizə formaları dolduraraq etwplus@madad.net ünvanına göndərməlisiniz.

Biz iştirakçı olduq. Növbəti addım nədir?

Mədəd Azərbaycan eTwinning Plus layihəsində iştirak etmək üçün məktəblərin qeydiyyatını həyata keçirir. Sizin məktəbiniz ilkin seçimdən keçibsə və siz qeydiyyata alınırsınızsa, eTwinning İşçi masasına çıxış imkanı ilə təmin olunursunuz. Burada siz məktəblərlə tərəfdaşlıq əlaqələrinin qurulmasına hazır olan və eTwinning Plus portalında qeydiyyatdan keçmiş məktəb və müəllimlər haqqında məlumat əldə edə, birgə təhsil layihələri üzərində işləyə bilərsiniz.

eTwinning Plus layihəsinin göstəriciləri

104 məktəb
240 müəllim
168 layihə

eTwinning Plus layihəsində iştirak etmək üçün ərizə formaları
Müəllim üçün ərizə forması
Məktəb üçün ərizə forması