eTwinning Plus Azərbaycan

2013-cü ildən etibarən Azərbaycan beynəlxalq eTwinning Plus layihəsində iştirak edir. Layihə Azərbaycanda Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında Mədəd təşkilatı tərəfindən icra olunur.

eTwinning Plus nədir? Bu proqram Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olan eTwinning layihəsinin genişlənməsidir. Layihə pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, təhsil layihələri yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. Azərbaycan digər 5 ölkə ilə yanaşı Avropa İttifaqının qonşuluq siyasətinə əsasən eTwinning Plus layihəsinə üzv olmuşdur. İştirakçı ölkələrdən olan müəllimlər layihənin portalından (plus.etwinning.net) istifadə edərək, 33 Avropa ölkəsindən olan həmkarları ilə birgə təhsil layihələri icra etmək imkanı əldə edirlər. Ən vacib məqamlardan biri isə odur ki, Azərbaycanlı şagirdlər də Avropalı həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanacaqlar. eTwinning Plus portalında qeydiyyatdan keçdikdən sonra müəllimlər və şagirdlər avropalı həmkarları ilə ortaq layihələr icra etməyə başlayırlar. Beləliklə, şagirdlərə yeni bilik və bacarıqları daha maraqlı, əyləncəli və səmərəli yolla əldə etməyə kömək edən virtual layihələr yaradılır.

Layihədə iştirak edən məktəb, müəllim və şagirdlərə dəstək olmaq, onları lazımi təlim və konsultasiya ilə təmin etmək məqsədilə hər iştirakçı ölkədə Tərəfdaşa Dəstək Agentliyi (TDA) yaradılmışdır. Azərbaycanda Mədəd təşkilatı bu rolu yerinə yetirəcək, yəni layihənin icrasını və koordinasiyasını həyata keçirəcəkdir.
Ətraflı »

Son Xəbərlər

eTwinning Plus layihəsinin göstəriciləri

104 məktəb
240 müəllim
168 layihə

eTwinning Plus layihəsində iştirak etmək üçün ərizə formaları
Müəllim üçün ərizə forması
Məktəb üçün ərizə forması