“eTwinning” layihəsinin 10-illiyi münasibəti ilə Bakı məktəbləri tədbirlər silsiləsi keçirib

“eTwinning” layihəsinin 10-illiyi münasibəti ilə Bakı məktəbləri tədbirlər silsiləsi keçirib. Mədəd təşkilatının nümayəndəsinin iştirakı ilə keçirilən tədbirlərin məqsədi ictimaiyyəti layihə çərçivəsində görülmüş işlər barədə məlumatlandırmaq, həmçinin əhəmiyyətli tarixi qeyd etmək olmuşdur.

Silsilədən ilk tədbiri Heydər Əliyev adına Liseyin 7-ci sinif şagirdləri və müəllimə Natavan Bədəlova tərəfindən təşkil edilmişdir. Tədbir çərçivəsində müəllimə və şagirdlər eTwinning layihəsinin 10-illiyinə həsr edilmiş köynəklər, tort, şarlar hazırlamışlar.

Digər tədbir Bakı Avropa Liseyinin 2-ci sinif şagirdləri müəllimə Mətanət Əhədova ilə birlikdə Milli Parkda keçiriblər. Tədbir çərçivəsində eTwinning layihəsinin 10-illiyinə həsr edilmiş xüsusi plakatlar, çərpələng və digər təşviqat materialları nümayiş edilmiş, açıq səmaya şarlar buraxılmışdır. Layihənin 10-illiyi münasibəti ilə tədbir iştirakçıları yığıncaq keçirmiş, fikir mübadiləsi aparılmış, “eTwinning” haqqında maraqlı şerlərlə və mahnılarla çıxış etmişlər, layihənin icrasının davam edilməsinin zəruriliyini vurğulamışlar.

eTwinning Plus layihəsinin göstəriciləri

104 məktəb
240 müəllim
168 layihə

eTwinning Plus layihəsində iştirak etmək üçün ərizə formaları
Müəllim üçün ərizə forması
Məktəb üçün ərizə forması